SOCAR-in baş ofisinin Neft və Qaz Servizləri Departamentinin rəisi Rüfət Rzayev bütün sinifyoldaşları, uşaq vaxtı kimə salam verən dost-tanışlarını vzifə verib İDDİA

Bu gün, 00:11           
SOCAR-in baş ofisinin Neft və Qaz Servizləri Departamentinin rəisi Rüfət Rzayev bütün sinifyoldaşları, uşaq vaxtı kimə salam verən dost-tanışlarını vzifə verib  İDDİA
Cənab Teymur Aghayev;
-Göydən paraşütlə düşən yoldaşlardan biri də cənab Rüfət Rzayev müəllimdir. Deməli, Azərbaycan-Qazaxıstan İctimai Birliyindən gəlib birbaşa oturub SOCAR-in baş ofisinin Neft və Qaz Servizləri Departamentinin rəisi. Amma işi və vəzifəsi sadəcə bu deyil. SOCAR-ın qazma və tikinti sahəsində nə şirkət var hamısına rəhbərlik və nəzarət də cənab Rüfət Rzayev müəllimdədir. Azfen şirkətində direktorlar şürasının üzvü olmasına baxmayaraq birbaşa şirkəti idarə edən cənab Rüfət Rzayevdir. İş yeri SOCARr baş ofis olmasına baxmayaraq Azfenin binasında oturur. Pul qazanmaq üçün Azfen-in serverlərini Bitcoin istehsal etmək üçün yönləndirmişdi bir ara. Bütün sinifyoldaşları, uşaq vaxtı kimə salam verən dost-tanışlarını Azfen və öz tabeçiliyində olan başqa 10-12 SOCAR-ın idarə və şirkətlərinə yüksək əməkhaqqı ilə yerləşdirib. Tabeçiliyində olan idarə və şirkətlərin bəziləri bunlardır: Baş ofis-Neft və Qaz Servizləri Departamenti, Azfen, Bos-Shelf, SOCAR Foster Wheeler, Bos-Shelf, SOCARr AQS, CDC, SOCARr-AQS, SOCARr Qazma Tresti, Neftqaztikinti Tresti, Caspian Pipe Coatings, SOCAR Cape və s. Vəzifələrə təyin elədikləri dost tanışlarıda özü kimi ən azı bir neçə vəzifə sahibidirlər.
SOCAR 2025-ci il ərzində cəmi 18-20 qazma işləri görüb (cəmi 6600 m), halbuki eyni zamanda Kanada da mənim layihəsinə rəhbərlik etdiyim neft və qaz operator şirkəti təqribən 300 qazma işləri həyata keçirmişdi və bu şirkət dövriyyə və maddi cəhətinə görə SOCAR-dan qat qat aşağı səviyyəli şirkətdir. Kanadada isə operator şirkətləri Azərbaycanda olduğu kimi cəmi 3-4 sayda deyil, yüzlərlədir və bir ilə 300 qazma işləri təkcə ortasəviyyəli bir şirkətinə aiddir, yerdə qalan şirkətlər bundanda çox qazma işləri görürlər il ərzində. Fərqi hiss edin.
Bu tip hallar hasilatın düşməsinin, ixtisaslı və təcrübəli işçilərin ixtisara düşməsinin, ölkə, dövlət və xalqımızın $15 milyard dollar ziyana düşməsinin səbəblərindən sadəcə cüzi miqdarıdır.
Bu arada, Bahar Energy Operating Companu yenədə öz ampulasındadır. Cənab finansist hasilat üzrə vitse prezident Babək Hüseynovun əziz amerikan dostu Sean Werner-in səhmləri 100% SOCAR-a, dövlətə aid olan şirkətə vitse-prezident təyinatından əlavə, Qazma üzrə Direktor vəzifəsinə - Daveanand Ramsarran və Geoloji kəşfiyyat Direktor vəzifəsinə - Suat Aktepe adlı xarici vətəndaşlar təyin edilib. Öz millətimizin ixtisaslı, təcrübəli kadrlarını işdən çıxardıb, yerlərinə əməkhaqqıları yüzminlərlə olan xarici vətəndaşlar təyin edirlər. Ümid Babək Operating Company-də isə Enis Robanna adlı xarici yoldaş Layların idarə olunması üzrə Direktor, Graham Beattie- departament Direktor, Tom Walker-Konsultant, Willem Drogt- Supervisor, Marco Adzic-Supervisor, Jorrit Schreuder-konsultant, Harvey Phillips-Konsultant. Qeyd edimki UBOC-un səhmlərinim 80% Socara aiddir və SOCAR-ın opetatorluğundadır. Əlbəttəki hətta xarici vətəndaş olan dost-tanışlarına yüzminlərlə əmək haqqı verə bilmələri üçün öz doğma millətimizin ixtisaslı və təcrübəli kadrlarını ixtisara salacaqlar.
Mirvari Gahramanli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru