Bölgələrdə ailə büdcəsini yandıran HOTELLƏR: Qiymətlər niyə ŞİŞİRDİLİR?

Bu gün, 10:38           
Bölgələrdə ailə büdcəsini yandıran HOTELLƏR:
Turizmə milyonlar ayrılır, bölgələrdə istirahət qiymətləri isə ailə büdcəsini “yandırır”.
Ajans.azxəbər verir ki, Azərbaycanda turizm sektorunun inkişafı dövlətin prioritet istiqamətlərindən biri kimi maliyyələşdirilir. Belə ki, 2025-ci ildə funksional təsnifatda “turizm fəaliyyətinin stimullaşdırılması” üçün 65 milyon manat, 2026-cı ildə isə Dövlət Turizm Agentliyinə 46,7 milyon manat vəsait ayrılıb.

Bununla yanaşı, bölgələrdə yerləşən hotellərin qiymətləri yerli turistlər üçün əlçatan hesab edilmir.

Ajans.az-ın araşdırmasına əsasən, yay mövsümündə ölkənin məşhur istirahət bölgələrində 2 böyük və 2 uşaqdan ibarət ailənin bir gecəlik hotel xərci orta hesabla 220 manatdan başlayaraq 420 manata qədər yüksəlir. Bu qiymətlərə bəzi hotellərdə yalnız səhər yeməyi, digərlərində isə səhər və şam yeməyi daxildir.

Beləliklə, cəmi iki gecəlik ailəvi istirahətin dəyəri bəzi hallarda 800 manata yaxınlaşır. Bu isə daxili turizmdən yararlanmaq istəyən ailələr üçün ciddi maliyyə yükü yaradır.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi 2026-cı ilin ilk yarısında turist sayındakı azalmanı geosiyasi proseslər, uçuş istiqamətlərindəki dəyişikliklər və artan səyahət xərcləri ilə əlaqələndirib. Qurum eyni zamanda 2026-2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı üzərində iş aparıldığını və turizmin inkişafı istiqamətində yeni tədbirlərin nəzərdə tutulduğunu açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru