Deputat Samir Vəliyevin atasına məxsus Odlar Yurdu Universitetdə ULU ÖNDƏRƏ SAYĞISIZLIQ -VİDEO

29-10-2025, 00:15           
Deputat Samir Vəliyevin atasına məxsus Odlar Yurdu Universitetdə ULU ÖNDƏRƏ SAYĞISIZLIQ -VİDEO
Odlar Yurdu Universitetinin əsas girişində yerləşdirilən Ulu Öndər Heydər Əliyevin fotosunun rənginin solduğu müşahidə olunub.

Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olan ümummilli liderimiz Heydər Əliyevin portretinin bu vəziyyətdə qalması təhsil ocağının ictimai simasına yaraşmadığı kimi, ali məktəbin ümumi görüntüsünə də kölgə salır.

Təhsil müəssisəsinin binasında yerləşdirilən lövhədə “Təhsil millətin gələcəyidir” şüarı yer alsa da, görünən mənzərə bu şüarla ziddiyyət təşkil edir.

Qeyd edək ki, Odlar Yurdu Universitetinin rektoru sabiq deputat Əhməd Vəliyevdir. Onun oğlu, hazırkı deputat Samir Vəliyev universitetin İdarəetmə Şurasının sədridir. Digər oğlu Münir Vəliyev isə ali təhsil ocağında I prorektor vəzifəsini icra edir.(32gün.az)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]