Gərəksiz oluruq biz,səhv düşəndə yerimiz.(yerləri)☝️
4-11-2025, 00:22

Bu zillət bitmir ki,bitmir. Niyə bitmir,açması yüksək vəzifəli,peşəkar məsul şəxslərdə!
Qərbi Abşeron 54-dən neftçilər soruşurlar ki: bilmək istərdik ki, hansı yüksək vəzifəli SOCAR işçisi dəniz obyektlərinə gələndə bizim vəziyyətimizə düşüb ?.
Dünən camaati gah saat 18.00 da dediler gelin Dübendiyə.sonra dedlər bu gun smen olmayacaq.
Daha sonra saat 15:30-da gəlin gəmi gedəcək deyildi.
Camaat rayonlardan uzaq qəsəbələrdən onlarla ağir meşok sumkayla taksiilərdə zülmlə gəldi.
Axşam saat 7- də gəmi tərəndi, saat 8.30-da qaytarib boşaltdi milleti limana.
Yüzlərlə ərzaq sumkalarını gəmidən gəmiyə,gəmidən priçala eyni qaydada nə zülmlə əziyyətlə daşıdı işçilər.
Yüzlərlə çörək,lavaş. Yaĝi var,əti var,xarab olan əzilən ərzaqları nə qədər daşımaq əzmek olar.?
Niyə neftçilərin bu əziyyəti,maddi və mənəvi ziyanina görə heç kim məsuliyyət daşimir.?
Bu qədər çətindirmi smenin olub olmamasını müəyyən etmək,qerar vermək camaatın bu eziyyeti kime xoşdu axi???
Kim ödəyəcək bu ziyanı..bir deyil , iki deyil ,sayı hesabı yoxdu bu halin..
Nə pul qazanır ki,bu insanlar əlavə bu qədər xərci də çixa. əziyyət də çəkə. ərzaqları da zay ola.Yollarda itirilmiş günlər üçün heç bir kompensasiya ödənilmir, Bu əziyyətlərə görə nə bir hesabat verilir,nə üzür istənilir,nə də bir məsul şəxs cəzalanır.
Bu özbaşnalıq nə vaxta qədər hökm sürəcək????
Kimdir də müqəssir ??niyə düzəlmir.niyə bacarmillar bu işi.???
Çətindirmi bunu dəqiləşdirib qərar vermək?
Sadəcə Neftçilər illərdi həllini tapmayan bu səriştəsizliyə aydinliq gətrilməsini tələb edirlər
Mirvari Gahramanli
TEREF

