Zirzəmiləri mənzilə kim çevirir? - Bıçaqlanan idmançıyla bağlı yeni qalmaqal + VİDEO

5-11-2025, 10:44           
Zirzəmiləri mənzilə kim çevirir? - Bıçaqlanan idmançıyla bağlı yeni qalmaqal + VİDEO
Abşeron rayonu, Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 38 ünvanında yaşayan sakinlər binanı tikən şirkətdən şikayətçidirlər.

TEREF BakuPost.az-a istinadla xəbər verir ki, sakinlər mənzilləri üçün 5 ildir çıxarış ala bilmədiklərini, indi isə MMC-nin sahibi Araz Musayevin binanın zirzəmisində yeni mənzillər tikmək qərarına gəldiyini iddia edirlər.

Sakinlər bildirir ki, zirzəmilərin mənzilə çevrilməsi binanı qəzalı vəziyyətə gətirməklə yanaşı, uzun müddətdir yaşayış olan mənzillərə çıxarış verilməsini də mümkünsüzləşdirəcək.

Daha ətraflı video-materialda:

Qeyd edək ki, sözügedən binanı tikən şəxs bu ilin may ayında Türkiyədə keçirilən yarış zamanı bıçaqlanmış, özünü Azərbaycan Muay Tay Federasiyasının prezidenti və 9 qat dünya çempionu kimi təqdim edən Araz Musayevdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]