İsmayıllıda DƏHŞƏT- ağaclar kütləvi DOĞRANDI VİDEO

5-11-2025, 09:17           
İsmayıllıda DƏHŞƏT- ağaclar kütləvi DOĞRANDI  VİDEO
İsmayıllı rayonunda meşə ərazisində ağacların kütləvi şəkildə kəsilməsi geniş rezonans doğurub.
Ajans.az-ın əldə etdiyi məlumata görə, görüntülərdə rayon ərazisində, meşə zolağında onlarla ağacın əsasən də qoz ağaclarının kəsildiyi görünür. Kadrlarda ağac kötükləri və ətrafda səpələnmiş budaqlar aydın şəkildə seçilir.
Yerli sakinlər bildirib ki, hadisə bir neçə gündür davam edir. İddia olunur ki, Meşə zolağında qeyri qanuni olaraq çox sayda ağac kəsilib.

Onların sözlərinə görə, kəsilən ağacların bir hissəsi qurumuş olsa da, əksəriyyəti sağlam və yaşıldır. “Bu ağaclar onillərlə böyüyüb, indi bir neçə saata baltalanır. Əgər bu, icazəsizdirsə, günahkarlar tapılmalıdır,” deyə video çəkən rayon sakini bildirib.

Hazırda İsmayıllı sakinləri və ekoloji fəallar hadisənin obyektiv araşdırılmasını, təbiətə vurulan ziyanın aradan qaldırılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edirlər.

Məsələ ilə bağlı Ekologiya və təbii sərvətlər nazirliyinində mövqeyini öyrənməyə çalışırıq.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]