“Love city”də qiymətlərdən narazılıq- Xidmət haqqı üçün 72 manat alındı

6-11-2025, 07:14           
“Love city”də qiymətlərdən narazılıq-
Bakıda restoranda 72 manat servis haqqı tutublar.

XALQ xəbər verir ki, Sahil metrosunun yaxınlığında yerləşən “Love city” restoranında müştəridən 722 manatlıq hesaba görə 10 faiz servis haqqı tələb edilib.

Beləliklə müştəridən ümumilikdə 794 manat ödəniş alınıb.

Hesabın şəklini paylaşan müştəri servis barəsində etirazını bildirib.

Qeyd edək ki, menyuda diqqət çəkən digər məqam isə əsasən uşaqlar üçün nəzərdə tutulan məkanda “ehtiras limonadı” içkisinin olmasıdır.

Xatırladaq ki, ötən il sözügedən restoranın yanğın təhlükəsizliyi tədbirlərinin natamamlığına görə müvəqqəti olaraq fəaliyyəti dayandırılmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]