“Məni qanunsuz yerə 27 gündür “Qızmızı Körpü”də saxlayıblar” – Qazaxıstana yük daşıyan sürücü gömrük əməkdaşlarından ŞİKAYƏTÇİDİR

7-11-2025, 09:42           
“Məni qanunsuz yerə 27 gündür “Qızmızı Körpü”də saxlayıblar” –
Bakı şəhər sakini Ələkbərov Faiq Ələsgər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Türkiyədən Qazaxıstana yük apararkən “Qızmızı Körpü”də 4 gün, Azərbaycan tərəfdə isə qanunsuz olaraq 27 gün saxlayıblar:

“Mən, Ələkbərov Faiq Ələsgər oğlu, yazaraq xahiş edirəm ki, müraciətimi dərc edəsiniz.

Bildirim ki, Türkiyədən Qazaxstana firmalardan birinin yükünü aparırdım. Məni qanunsuz yerə 27 gündür “Qızmızı Körpü”də saxlayıblar.

Firmanın sifarişinə uyğun olaraq, Türkiyədən maşınlar gətiririk. Bu maşınlar hələ komputer sisteminə qoşulmadığından, işlək halda olmurlar. Qapılarının biri açılır, 15 dəqiqə sonra avtomatik sönür. Bir sözlə, hələ tam proqramlaşmayıb.

Gürcüstandan keçib, Azərbaycan tərəfə çatanda məni saxladılar. Dedilər ki, yoxlayırıq. 27 gündür yoxlama bitmir. İndi də deyirlər ki, səni “İnterpol”a vermişik, ordan məlumat gəlsin, buraxacağıq.

Ondan əlavə, maşının içində baxmadıqları yer qalmadı. Deyirdilər ki, sənəd nəsə var, gizlətmisən.

Ən bahalı rüşümla gedib-gəldiyimə görə, heç bir problem olmamalıdır. Artıq Türkiyə səfirliyi də işə qarışıb...

Bildirim ki, tranzit gedən maşınları gömrükdə çox incidirlər. Saxlayır, haqsız yerə cərimə edirlər.

Onu da deyim ki, mənim maşınımla bərabər, başqa maşını da saxlamışdılar. Necə oldusa, həmin maşını buraxdılar. Eşitdim ki, pul alıb buraxıblar.

“İnterpol”a verib, maşını axtarırlar. Təzə maşının “İnterpol”da nə işi var?!”

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]