“Rahat” marketlərdə köhnə məsullar satılır?-Fotofakt

21-11-2025, 07:04           
“Rahat” marketlərdə köhnə məsullar satılır?-Fotofakt
“Rahat” marketdən alınan konfetin içindən qurd çıxıb.

XALQ-nın məlumatına görə, bu barədə sosial şəbəkədə şikayətçi Səadət Hüseynova yazıb. O bildirib ki, kilo ilə satılan “Step” konfetlərinin hamısının içi qurdlu olub:

“Bütün hamısının içindən diri qurd çıxdı. Son zamanlar təzə konfet tapmaq olmur. Qurd çıxanını da ilk dəfədir görürəm. Mağazalarda nəsə köhnələn kimi camaata sırımaq üçün endirimə qoyurlar”.

Qeyd edək ki, “Rahat” markerlər şəbəkəsi “ANC Group” MMC-yə məxsusdur.

MMC-nin qanuni təmsilçisi Samir Rafiq oğlu Abdullayevdir.

Qarşı tərəfin mövqeyini öyrənməyə çalısaq da, cəhdlərimiz baş tutmadı.
Marketlər şəbəkəsinin mövqeyini dərc etməyə hazırıq.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru