Daha bir sənətkar Mədəniyyət Nazirliyini ittiham edir: "220-dan çox mükafat almış rejissorun layihəsi ARKA tərəfindən qəbul edilmədi."

25-11-2025, 00:03           
Daha bir sənətkar Mədəniyyət Nazirliyini ittiham edir: "220-dan çox mükafat almış rejissorun layihəsi ARKA tərəfindən qəbul edilmədi."
50-dən cox ölkədən 220-dan çox diplomlar, prizlər, müxtəlif mükafatlar almışam. ABŞ Nümayəndələr Palatasının konqresmeni Jimmy Gomezin imzaladığı sertifikata layiq görülsəm də, bizim Mədəniyyət Nazirliyi və ARKA tərəfindən bir təşəkkür belə eşitmədim.
Mədəniyyət Nazirliyi və ARKA tərəfindən təşkil edilmiş müsabiqələrdə indiyə qədər belə saxtakarlıq olmamışdır “Pitching”də bəyənilən ssenarilər yox, irad tutulan mənasız ssenarilərin çoxu qalib elan olundu. “Pitching”də juri üzvlərinin rəyinə baxmadan, Orxan Sadıqovun sifarişi ilə rəylərini bildirdilər.
TEREF yazır ki, bunu rejissor, araşdırmaçı yazar Celaleddin Qasimov deyir. Cəlaləddin bəy sonra davam ediək yazır:
Bu qədər də saxtakarlıq olmaz. “Pitching” zamanı müsabiqədə deyilən iradları şəxsən mən eşitdim. Keçirilən tədbirin videoçəkilişini yenidən izləyib həqiqətləri üzə çıxarmaq olar.

Mədəniyyət Nazirliyi və ARKA tərəfindən bu ilki müsabiqə. Mənə 50-dən çox sənəd toplatdılar. Tək filmin büdcə layihəsisinə 40 səhifəlik sənəd istədilər. Təkrar-təkrar sənədlər topltdılar. Amma sonunda 220-dan çox mükafat almış rejissorun layihəsi ARKA tərəfindən qəbul edilmədi. Çox təəssüf ki, sonda öz adamlarının təqdim etdiyi böyük büdcə tələb edən layihələrini qəbul etdilər, 2024-cü 2025 ci ildə Mədəniyyət Nazirliyi və ARKA tərəfindən təşkil edilmiş müsabiqəyə müvafiq yoxlamalar aparılmsa ölkəmizin inkişafı, milli mədəniyyətimizin, mənəvi dəyərlərimizin bütün dünyada geniş tanıdılması yolunda daha böyük uğurlara nail olrıq
Eyni zamanda onu da qeyd edim ki, əvvəlki Mədəniyyət Nazirliyinin vaxtında beş bədii filmin ssenarisini müsabiqəyə göndərdim. Amma heç birinin ssenarisini bəyənmədilər. Bildirim ki, bu beş filmi çəkmək üçün banklardan kredit götürərək öz hesabımıza istehsal etdik. Nəticədə, Beynəlxalq Festivallarda ssenariyə görə 220-dən çox mükafatlar qazandıq.
Əlavə olaraq qeyd edim ki, biz mədəniyyətimizi, milli mənəvi dəyərlərimizi dünya ictimaiyyətinə çatdıraraq Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də tədricən nail oluruq. Çəkdiyimiz filmlər dünya distribütorları tərəfindən 17 beynəlxalq platformaya yerləşdirilib və dünya film bazarında özünə layiqli yer tutub. Dünya mediasında bizim ekran əsərləri barədə geniş məlumatlar yazılıb.
Celaleddin Qasimov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]