Xırdalanda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?-Videofakt

10-01-2026, 16:05           
Xırdalanda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?-Videofakt
Abşeron rayonu Xırdalanda qanunszu tikinti işləri aparılır.

XALQ-a daxil olan məlumata görə Xırdalan 27 məhəllədə qanunsuz tikinti işlər aparılır. Ağclar kəsilib və inşa işləri aparılır.

İddia olunur ki, tikinit işlərinə yüksək vəzifəli məmur himayədarlıq edir.

Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Abşeron rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır.

Abşeron rayon İcra Hakimiyyətindən soğumuza cavab olaraq bildirilib ki, əraziyə baxış keçirilmiş və qeyri-qanuni tikinti işlərinin aparıldığı müəyyən olunmuşdur. Tikintinin qarşısı alınması istinqamətində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

Qeyd edək ki, Abşeron rayon ərazisində bu kimi qanunsuz tikintilər ilk deyil.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək kİ, 2022-ci ildən Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərəzliyevdir.

Məsələ ilə bağlı aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]