Bahar Enerji Əməliyyat Şirkəti Bahar dövlət büdcəsini, pulları nəyə xərcləyir?
Bu gün, 00:00

Neftçi Qurban qəbirdə çevrildi .Gör neft kimlərin ümüdinə qalıb.
Hörmətli Teymur Aghayev yazır ki:
BEOC(Bahar Enerji Əməliyyat Şirkəti) hələ yoqa ilə məşğuldur. Dövlət büdcəsini, pulları belə şeylərə, cənab finansist hasilat üzrə vitse prezident Babək Hüseynov amerikalı dostu BEOC-da vitse prezident olan Sean Werner və paraşütlə vəzifələrə təyin olunan əziz başqa dostu BEOC-un prezidenti Anar Əliyev cənablarını neft hasilatını qaldırmaq əvəzinə yoqa ilə məşğul edir. Hasilatdan başları çıxmır deyə bəlkə yoqa ilə fokus edib hasilatı qaldırmaq fikrindədirlər. 100% SOCAR-a aid olan dövlət şirkətinin neft hasılatı əsl mənada sıfırdır amma dövlət pulları yoqalara, festivallara xərclənir. Gorbagor ediblər hasilatı, neft sənayesini.
Hörmətli Azneft İstehsalat Birliyidə “ayın spikeri”, jurnalist, bloqqer Azer Qərib-in, “səyahətin şəxsi inkişafda rolu” seminarı sayəsində neft hasilatını qaldırmağı düşünür. Təsəvvür edin, Azneft İstehsalat Birliyi- yeganə məqsədi neft və qaz hasil etmək və Azər Qərib-səyyah, bloqqer-bir-biri ilə əlaqəsi qaçılmazdır.
Vallah dəlixanadır, neft dən başqa hərşeylə məşğuldular.Ondan əlavə o qədər pul silib yeyirlərki bilmirlər hansı əlavə variantlardan istifadə edib yenə pul yeyib, silsinlər. Hörmətli Azər Qərib bəy oraya havayı getməyib.
Təsəvvür edin başqa bir şirkət yaradıblar (özəl), və SOCAR bütün bu tipli və başqa yerlərə ödənişləri ancaq həmən şirkət vasitəsi ilə edir. Şirkəti yaradan (əvvəl SOCAR işçisi - gözəl vəzifə sahibi idi) özünə Qubada 5 ulduzlu hotel tikib çıxdı şirkətdən, səhmləri isə yeni paraşütlə gələnlərə ötürüb onlarda necə var idi, elədə saxlayıb belə tipli işlərdən, ödənişlərdən hələdə milyonlar yeyirlər.
Mirvari Gahramanl


