Sənur Əzizov həbs edildi

Bu gün, 00:11           
Sənur Əzizov həbs edildi
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.

TEREF xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Sənur Əzizov Səbail Rayon 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin yekun qərarı ilə Sənur Əzizov 8 sutkalıq inzibati qaydada həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru