Hüseyn Cavid taleyi

Bu gün, 12:04           
Hüseyn Cavid taleyi
“Möhtərəm Mir Cəfər Bağırov yoldaş!
Son zamanlarda mənə və yazılarıma qarşı – istər mənəvi, istər maddi cəhətdən – qaba və soyuq bir keçimsizlik var. Bu da yalnız tək-tək şəxslərin kaprizindən irəli gəlməkdədir. Cəsarət olsa da, fikrinizi bu nöqtəyə cəlb etməklə, 30 ildən artıq əmək sərf edən xəstə və yorğun bir yazıçının halını düşünməyinizi rica edirəm.
Hüseyn Cavid,
3 oktyabr 1936. Bakı.
Bir il sonra Hüseyn Cavid həbs olunur.
Haqqında irəli sürülən bütün əsassız ittihamlara və ağır işgəncələrə baxmayaraq, Hüseyn Cavid özünü təqsirli bilmədi və 1939-cu ildə 8 il müddətinə düşərgə cəzasına məhkum edildi. Şair 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat etdi.
Azərbaycan Tarixi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru