Türkiyə sahillərində faciə: Bir ailədən üç gəncin meyiti tapıldı
Bu gün, 11:56
Türkiyədə çimərlikdə üç nəfərin meyiti tapılıb. Polis onların hamısının eyni ailənin üzvləri olduğunu müəyyən edib.
Bu barədə "TRT Haber" telekanalı məlumat verib.
Qeyd edilib ki, dalğa əvvəlcə iki qadının, daha sonra isə bir kişinin meyitini sahilə çıxarıb. Şahidlər baş vermiş hadisə barədə fövqəladə xidmətlərə bildiriblər, əraziyə tibb işçiləri, polis və sahil mühafizəsinin əməkdaşları gediblər.
Ölənlərin şəxsiyyəti müəyyənləşib. Onlar eyni ailənin üzvləridir - Məhəmməd Əli Sakar (17 yaş), Gülşah Sakar (24 yaş) və Belinay Sakar (15 yaş).
Daha əvvəl itkin düşmüş kimi qeydiyyata alınan dördüncü bacı Bilgenur Sakar isə axtarış əməliyyatı nəticəsində sağ tapılıb.