Uçuş zamanı pilotların ikisi də yatdı

Bu gün, 11:25           
Uçuş zamanı pilotların ikisi də yatdı
11 kilometr hündürlükdə uçan Airbus A320 təyyarəsinin hər iki pilotu uçuş zamanı yuxuya gedib.

"32gun.az" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Batik Air aviaşirkətinin Kendaridən Cakartaya uçan Airbus A320 reysi zamanı baş verib.

Təxminən 28 dəqiqə ərzində təyyarə nəzərdə tutulan marşrutdan yayınıb. Təyyarədə 153 sərnişin və 6 heyət üzvü olub. Hadisəyə baxmayaraq, uçuş uğurla başa çatıb və heç kim xəsarət almayıb.

Uçuş zamanı kapitan bir müddət dincəlməyi və idarəetməni ikinci pilota təhvil verməyi xahiş edib.

Təyyarənin avtopilotu son təyin olunmuş kursu davam etdirməyə davam etsə də, təyyarə tədricən nəzərdə tutulan marşrutdan yayınıb. Bu müddət ərzində hava hərəkəti dispetçerləri təxminən 28 dəqiqə ərzində heyətlə əlaqə saxlamağa çalışıb.

Nəhayət, ikinci pilot oyanıb, dispetçerlərə cavab verib və heyət təyyarəni düzgün istiqamətə qaytara bilib. Uçuş uğurlu enişlə başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru