“Gənclik Mall”da bu mağaza müştərilərə yalançı endirim vəd edir – FOTOFAKT

21-10-2017, 11:23           
“Gənclik Mall”da bu mağaza müştərilərə yalançı endirim vəd edir – FOTOFAKT
“Gənclik Mall”da fəaliyyət göstərən “Bershka” mağazası müştəricilərə yalançı endirim vəd edir.
Müştərinin şikayəti əsasında məlum olub ki, alınan malların qiyməti kassada dəyişdirilir.
Belə ki, xanımın endirimlə 45 manat dəyərində bəyənib almaq istədiyi paltara kassada 49 manat tələb edilib. Səbəbi soruşulduqda isə kassir tərəfindən kobudcasına texniki səhv olduğu bildirilib.
Amma texniki səhv olduğu deyilməsinə baxmayaraq digər paltarların üzərindən həmin qiymət yığışdırılmayıb.
Görünür, bütün geyimlərin üzərində aşağı qiymətin yazılmağı müştəriləri geyimi almağa cəlb etməkdir.
Sözügedən şikayət əsasında “Bershka” mağazası ilə əlaqə saxlamaq istəsək də, mağaza zənglərə cavab verməyib.
//big













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru