"8-ci kilometr bazarı"nda mənşəyi məlum olmayan toyuq əti satılır - VİDEO

4-11-2017, 10:10           
"8-ci kilometr bazarı"nda mənşəyi məlum olmayan toyuq əti satılır - VİDEO
Bakıda "8-ci km. bazarı"ndakı ət mağazalarında toyuq əti açıq halda satılır və üzərində mənşəyi, istehsalı ilə bağlı məlumatlar yoxdur. Vətəndaşların bir çoxu bu toyuq ətlərini sağlamlığa təhlükə sayırlar.

Soruşduqda isə Ukraynadan və bilmədikləri firma tərəfindən gətirildiyini bildirirlər. Harada istehsal olunduğu, son istifadə tarixi məlum olmayan toyuqlar hər gün vətəndaşlara satılır. Vətəndaşların bəziləri bu toyuqları alsalar da, əksəriyyəti açıq satılan toyuq ətindən istifadə etmədiklərini deyirlər.

Məsələ ilə bağlı Bakı şəhər Baytarlıq İdarəsindən verilən məlumata görə, markasız halda, mənşəyi məlum olmayan toyuq ətlərinin satışına görə İnzibati Xətalar Məcəlləsində hansısa cərimə nəzərdə tutulmayıb. Ancaq şikayət daxil olarsa, həmin obyektə baxış keçirilir və sahibkara xəbərdarlıq edilir. Bu məsələdə əsas vəzifə isə vətəndaşların üzərinə düşür. Belə ki, vətəndaşlara tanınma nişanı olmayan, istehsal və son istifadə tarixi bəlli olmayan toyuq məhsullarını almamaq tövsiyə olunur.

Mövzu ilə bağlı daha ətraflı Xəzər TV-nin videomaterialını təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru