Zelenskidən TƏKLİF: "İsrailə kömək edə bilərik"

3-03-2026, 09:48           
Zelenskidən TƏKLİF: "İsrailə kömək edə bilərik"
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, əgər Yaxın Şərq liderləri Moskvanı atəşkəsə razı sala bilsələr, Kiyev region ölkələrinə İran istehsalı olan "Şahed" pilotsuz uçuş aparatlarının (PUA) zərərsizləşdirilməsində kömək etməyə hazırdır.

Bu barədə o, "Bloomberg" agentliyinə müsahibəsində danışıb.

"Belə bir təklif edərdim: Yaxın Şərq liderlərinin rusiyalılarla yaxşı münasibətləri var. Onlar Rusiyadan ən azı bir aylıq atəşkəs elan etməyi xahiş edə bilərlər", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, atəşkəs qüvvəyə mindikdən sonra Ukrayna dronların zərərsizləşdirilməsi sistemləri üzrə ən təcrübəli operatorlarını Yaxın Şərq ölkələrinə göndərəcək.

Prezident əlavə edib ki, atəşkəs müddəti bir ayla məhdudlaşmaya bilər: "Bu, iki ay və ya hətta iki həftəlik də ola bilər ki, biz region ölkələrinə mülki əhalinin müdafiəsində yardım göstərə bilək".

"Biz eyni şəkildə İsrailə də kömək edə bilərik", - deyə Ukrayna lideri vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru