Ağ Ev: Donald Tramp Si Cinpinlə görüşəcək

24-10-2025, 07:45           
Ağ Ev: Donald Tramp Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da Çin lideri Si Cinpinlə görüşəcək.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinqdə bildirib.

Görüş ABŞ liderinin Malayziya səfəri ilə başlayacaq Asiya turnesinin son günündə baş tutacaq.

Tramp Malayziya, Yaponiya və Koreya Respublikasına səfər etməyi planlaşdırır. Levitt ABŞ liderinin Asiya turu zamanı Yaponiyanın yeni Baş naziri Sanae Takaiti ilə görüşəcəyini təsdiqləyib.

Bundan əvvəl Tramp Çin Sədri Si Cinpinlə görüş zamanı nüvə silahı arsenalının azaldılması da daxil olmaqla bütün ikitərəfli məsələlərdə razılığa gəlməyə ümid etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru