Keçinin əcəli çatanda...

20-12-2025, 08:34           
Keçinin əcəli çatanda...
Lukaşenko Melaniya Trampı Belarusa dəvət edib. Lukaşenko bildirib ki, o, Belarusa Tramp ailəsini – həm kürəkən Jared Kushneri, həm də onun atası Çarlzı dəvət edib. Onun sözlərinə görə, əlaqə Kuşnerin atası, ABŞ-ın Fransadakı hazırkı səfiri vasitəsilə aparılıb, lakin “nəyə görəsə siqnal çatmayıb”. O, bu barədə ÜmumBelarus Xalq Assambleyasında danışıb.
O, həmçinin əlavə edib ki, Melaniya Trampı Minskdə görmək istərdi – o, bunu ABŞ-ın səfiri Con Koul ilə müzakirə edib. “Axırıncı dəfə, açığını deyim ki, Con Koula dedim ki, Con, Trampa de ki, niyə onun əlində olan ən güclü silahdan istifadə etmirsiniz. O, mənə tərəf çevrildi və mənə baxdı - nə silah? Mən ona dedim – Melaniya Tramp. O, bizim adamlardandır, Sloveniyadan olan slavyandır.
O, (Con Koul) mənə baxdı və güldü və mən öz-özümə düşündüm: “Allahım, mən onu bura necə dəvət edirəm? Axı o, cəlbedici qadındır. Tramp qısqanclıq ucbatından bizimlə bütün danışıqları və münasibətləri kəsə bilər”. Amma mən onlara təklif etdim ki, Melaniya daha çox siyasi məsələlərə qarışsa, Tramp üçün pis olmaz” – deyə, Lukaşenko bildirib.
Dadash Ahmadli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru