Zelenski Mayami danışıqlarının ilkin nəticələrini açıqlayıb

23-12-2025, 12:24           
Zelenski Mayami danışıqlarının ilkin nəticələrini açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna nümayəndə heyətinin Mayamidəki işinin ilkin nəticələrini açıqlayıb.

APA xəbər verir ki, dövlət başçısı bunu Diplomatik Xidmət Günündə çıxışı zamanı jurnalistlərə bildirib.

O bildirib ki, müharibənin sona çatması ilə bağlı ABŞ nümayəndələri ilə bir neçə sənəd layihəsi razılaşdırılıb ki, buraya Ukrayna üçün hüquqi cəhətdən gələcək məcburi təhlükəsizlik zəmanətlərinin müzakirəsi də daxildir.

"Əsas məqsədimiz ədalətli sülh və müharibənin sonudur. Hələ də müharibə davam edir. Amma biz qələbəni diplomatiya yolu ilə əldə etmək üçün hər şeyi edirik. Ən azı diplomatiya yolu ilə. Bu, mümkün qədər çox qəhrəman hərbi qulluqçumuzu, döyüşçülərimizi qorumaqdır", - Zelenski əlavə edib.

Dövlət başçısı onu da əlavə edib ki, Ukrayna nümayəndə heyəti hazırda Mayamidən Ukraynaya qayıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru