Karlsondan yeni "sərsəmləmə":

24-12-2025, 12:34           
Karlsondan yeni "sərsəmləmə":
“Birləşmiş Ştatlar faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bunu jurnalist Taker Karlson ABŞ cəmiyyətindəki anti-Rusiya isteriyasının nəticəsini dəyərləndirərkən deyib.

Karlson sabiq konqresmen Mett Getslə müsahibəsində maraqlı fikirlər səsləndirib.

“Bu isteriya nəticəsində biz faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindəyik. Məhz bu isteriya müharibənin əsasını qoydu,” – deyə Karlson bildirib.

Onun sözlərinə görə, Moskva və Vaşinqton arasında əməkdaşlıq çərçivəsində Avropa və Asiyada vahid təhlükəsizlik sisteminin qurulması dünyanı daha düzənli edə bilərdi. Bu, həmçinin ekstremizmə qarşı mübarizə, sərhədlərin gücləndirilməsi və ticarətin inkişafı baxımından da əhəmiyyətli imkanlar yaradardı.

Karlson həmçinin Rusiyanın böyük mineral ehtiyatlara sahib olduğunu xatırladıb və ölkənin dünya mədəniyyətinə töhfəsinə toxunaraq yazıçı Fyodor Dostoyevskini nümunə göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru