Xarici işlər naziri Ceyhun Bayramov bugünkü mətbuat konfransında bağlanan “Rus Evi” məsələsinə nöqtə qoyub.

27-12-2025, 07:25           
Xarici işlər naziri Ceyhun Bayramov bugünkü mətbuat konfransında bağlanan “Rus Evi” məsələsinə nöqtə qoyub.
Nazirin sözlərinə görə, Rusiya təmsilçiləri ilə “Rus Evi” ilə bağlı ən son təmas bir neçə həftə öncə olub. Həmin təmaslar Rusiya tərəfindən yarımçıq ləğvetməylə bağlı idi. “Rus Evi” ilə bağlı yarımçıq və həll olunmayan məsələ qalmayıb” – deyən Ceyhun Bayramov ləğvetmə prosesinin tam başa çatdığını bildirib.
Beləliklə, bu məsələ qapanıb. Halbuki, bəzən Rusiyaya bağlı informasiya mərkəzləri “Rus evi”nin yenidən fəaliyyətə başlayacağı barədə dezinformasiyalar yayırlar. Bakıda “Rus evi”nin bağlanması Kremlə pis təsir edib. Çünki, vaxtilə Kremlin təşəbbüsü ilə müxtəlif ölkələrdə yaradılan “Rus evləri” Rusiyanın işğalçı maraqlarına xidmət etməli idi. Bakıda “Rus evi”nin qanunsuz fəaliyyət göstərməsinin və Rusiya xəfiyyələrinin mərkəzinə çevrilməsinin qarşısı alındı. Rəsmi Bakının “Rus evi”ni qapatması qərarı başqa ölkələrdə fəaliyyət göstərən bir neçə “Rus evi”nin qapadılması üçün müsbət örnək oldu. Kreml bunu bizə bağışlamır. Bəlkə də Rusiya Prezidenti Vladimir Putinin verdiyi vədin əksinə olaraq raketlə vurulan Azərbaycan təyyarəsinə görə kompensasiya ödəməməsi və cinayətkarları cəzalandırmaması Bakıda “Rus evi”nin və “Sputnik” agentliyinin qapadılmalarıyla əlaqəlidir. Halbuki, bunlar eyni məsələlər deyil. Ceyhun Bayramovun sözlərinə görə, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana göndərdiyi məktubda cinayət işinə xitam verildiyi bildirilib. Demək, Kremlin Azərbaycanla münasibətləri normallaşdırmaq fikri yoxdur.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru