“ABŞ son 8 ayda BMT-yə çevrilib” –TRAMP

29-12-2025, 09:44           
“ABŞ son 8 ayda BMT-yə çevrilib” –TRAMP
Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada sülhün təmin olunmasında fəal iştirak etməyə başlamalıdır.

Bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, ABŞ son 8 ayda əsl BMT-yə çevrilib, bu təşkilat Rusiya ilə Ukrayna arasında baş verən müharibə də daxil olmaqla, münaqişələrin həllinə çox az yardım göstərib.

Tramp, həmçinin Tailand və Kamboca arasındakı döyüşlərin müvəqqəti olaraq dayanacağını və bu yaxınlarda razılaşdırılmış ilkin müqaviləyə uyğun olaraq, tərəflərin sülh şəraitində yaşamağa qayıdacaqlarını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru