"İlkin razılaşma olmayıb" - Tramp Rodrigeslə təmaslara aydınlıq gətirdi

6-01-2026, 10:38           
"İlkin razılaşma olmayıb" - Tramp Rodrigeslə təmaslara aydınlıq gətirdi
"Venesuelanın müvəqqəti prezidenti vəzifəsini icra edən Delsi Rodriges ABŞ rəsmiləri ilə əməkdaşlığa başlayıb. Amma Maduronun ələ keçirilməsinədək hər hansı təmaslarımız olmayıb".

Bu sözləri Ağ Ev rəhbəri NBC telekanalına müsahibəsində mümkün ilkin razılaşmalarla bağlı sualı cavablandırarkən deyib.

O həmçinin qeyd edib ki, yaxın vaxtlarda Rodrigesə qarşı tətbiq olunan sanksiyalarla bağlı qərar qəbul ediləcək.

Trampın sözlərinə görə, ABŞ bəzi məhdudiyyətlərin saxlanılıb-saxlanılmayacağına və ya ləğv ediləcəyinə gələcək əməkdaşlığın səviyyəsindən asılı olaraq qərar verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru