Növbəti hücumlar daha dəhşətli olacaq: Slutski xəbərdarlıq etdi

10-01-2026, 10:38           
Növbəti hücumlar daha dəhşətli olacaq: Slutski xəbərdarlıq etdi
Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri və Liberal Demokrat Partiyasının lideri Leonid Slutski Ukraynaya qarşı əlavə “cavab zərbələri”nin endirilməsinin mümkünlüyünü istisna etməyib.

Bu barədə “Kyiv Independent” məlumat yayıb. Slutskinin sözlərinə görə, əgər Moskvanın “qırmızı xətləri” hesab etdiyi hücumlar yenidən təkrarlanarsa, Rusiya tərəfi buna cavabsız qalmayacaq.

Slutski Rusiya Silahlı Qüvvələrinin “Oreşnik” raketi ilə endirdiyi zərbəni şərh edərkən bildirib ki, gələcəkdə də analoji cavab tədbirlərinin görülməsi ehtimalı qalır.

Siyasətçi vurğulayıb ki, Rusiya Prezidentinin iqamətgahına edilən hücumlar qəbuledilməzdir və dövlət başçısının həmin vaxt orada olub-olmamasından asılı olmayaraq bu cür hərəkətlərə göz yummaq mümkün deyil. Onun fikrincə, belə hadisələr təkrar olunarsa, cavab qaçılmaz olacaq.

“Bu sadəcə xəbərdarlıq idi və hücumların bir hissəsidir. Kiyevi növbəti dəfə daha dəhşətli hücumlar gözləyir. Kiyevin mövqeyi məntiqsiz olaraq qalır və Rusiya ilə ABŞ arasında münaqişənin nizamlanması ilə bağlı müzakirələr aparılsa da, Ukrayna tərəfinin real danışıqlar mexanizmlərinə keçmək istəyi görünmür”.

O, Ukrayna rəhbərliyini cəbhədəki vəziyyəti nəzərə almağa, gərginliyi daha da artırmaqdan imtina etməyə və danışıqlara üstünlük verməyə çağırıb.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]