Politoloqdan keçmiş prezidentə ağır ittihamlar

31-01-2026, 15:38           
Politoloqdan keçmiş prezidentə ağır ittihamlar
Ermənistanın sabiq prezidenti Robert Koçaryanın son mətbuat konfransında səsləndirdiyi fikirlər ciddi müzakirələrə səbəb olub.

Tribuna.az xəbər verir ki, artıq ona təkcə Paşinyan hökumətinin nümayəndələri deyil, həmçinin müstəqil politoloqlar da sərt reaksiya veriblər.

Politoloq Styopa Safaryan bildirib ki, Koçaryanın Ermənistanın gələcəyi ilə bağlı danışması absurddur. “Koçaryana Qarabağ və Ermənistanın hərbi hissələrindən gizli əmrlə “psixoloji cəhətdən sabit qruplar” yaratmaq və onları İrəvana gətirmək nə üçün lazım idi?”

O deyib ki, keçmiş prezidentin nə özü, nə də yaxınları Qarabağda yaşamayıblar. “29 min kvadrat kilometrdən böyük bir Ermənistan istəyən oğlanlar niyə Qarabağda deyil, Ermənistanda yaşayırdılar? Niyə onların nəvələri ABŞ-da doğulub və ABŞ vətəndaşlığı alıblar? Nəvələri Xankəndi və ya Cəbrayıldakı doğum evlərində niyə doğulmayıblar?”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru