Starmer: Kral Endryunun qardaşı Epşteyn işi üzrə ifadə verməlidir
1-02-2026, 10:38
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Kral III Çarlzın qardaşı, keçmiş şahzadə Endryu Mauntbatten-Vindzor pedofillikdə ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı ABŞ Konqresi qarşısında ifadə verməlidir.
Britaniyanın Baş naziri bu açıqlamanı jurnalistlərə Tokioya səfərindən sonra təyyarədə verib.
“İfadə vermək məsələsinə gəldikdə, mən həmişə demişəm ki, informasiyası olan hər kəs bu məlumatı ondan tələb olunan formada paylaşmağa hazır olmalıdır”, – o deyib.