Donald Tramp siyasi məğlubiyyətlər yaşamağa davam edir: ştat-ştat, dairə-dairə.

Dünən, 12:48           
Donald Tramp siyasi məğlubiyyətlər yaşamağa davam edir: ştat-ştat, dairə-dairə.
Respublikaçılar üçün növbəti ciddi siqnal Texas ştatının Senatının SD-9 dairəsi üzrə keçirilən əlavə seçkilər oldu.
Respublikaçılar Trampın +17 % fərqlə qalib gəldiyi və 1991-ci(!!!) ildən bəri fasiləsiz olaraq Respublikaçılar Partiyasının nəzarətində olan dairədə uduzdular. Bu, demokratlar üçün uzun illər ərzində əlçatmaz hesab edilən dairə idi.
Nəticənin əhəmiyyətini artıran əsas məqam ondan ibarətdir ki, Tramp respublikaçı namizəd Li Uembsqanssı açıq şəkildə dəstəkləmiş, son günlərdə isə bu yarışla bağlı çoxsaylı paylaşımlar etmişdi. Buna baxmayaraq, prezidentin birbaşa müdaxiləsi belə dairəni qoruyub saxlamağa kifayət etmədi.
Rehmetin qələbəsi sadəcə lokal bir uğur deyil, Trampın elektorat üzərində nəzarətinin zəifləməsinin simvoludur.
Kamran Cəfərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]