Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək

11-04-2026, 10:08           
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
Ukraynanın Avropa İttifaqına və NATO-ya qoşulmaqla Qərb dünyasının bir hissəsi olmaq planı qeyri-real olub, çünki Rusiya heç vaxt onun Şimali Atlantika Alyansına qoşulmasına icazə verməyəcək.

Moderator.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib .

“Ukraynalılar Qərb dünyasının bir hissəsi olmaq qərarına gəldilər və bu strategiyaya çox diqqət yetirdilər, lakin bu, mümkün olmadı. Belə çıxır ki, bundan heç nə alınmayacaq. Rusiya buna icazə verməyəcək. Bu, iki ölkə arasında hərbi münaqişəyə gətirib çıxarıb və Ukrayna bu münaqişədə uduzur. Düşünürəm ki, ukraynalılar müharibəni çoxdan uduzublar və gec-tez bunu etiraf edəcəklər", - baş nazir bildirib.

Orban hesab edir ki, hazırda ən vacib məsələ bu müharibənin bitməsidir: "Avropada Rusiyanın iştirakı ilə yeni bir təhlükəsizlik sistemi yaradılmalıdır. Ukraynaya NATO ilə Rusiya arasında bufer zona rolunu oynamalıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru