Maliyyə Nazirliyinə iqtisadçı ekspertdən suallar: " Nazirlik açıqlaya bilərmi - bu vəsait xərclənərkən nə qədər yeni iş yeri yaranıb?"
Bu gün, 16:48
Maliyyə Nazirliyi: "Bu ilin I yarısında Azərbaycan işğaldan azad olunmuş ərazilərinin (Qarabağ və Şərqi Zəngəzur) yenidən qurulmasına və bərpasına 1 milyard 64,1 milyon manat vəsait yönəldib". Xəbərin özü gözəldir, torpaqlarımız işğaldan azad edilib, indi qurub-yaradırıq. Rəsmi məlumatın davamı: "Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,45 % azdır. Məbləğ illik nəzərdə tutulmuş vəsaitin 30,4 %-i qədər olub". Bax burada suallar yaranır: 1) İlk 6 ayda nəzərdə tutulan vəsaitin 30%-i ayrılıbsa, növbəti 6 ayda 70% olacaq - belə yanaşna doğrudurmu? Niyə ilin əvvəlində nazirlik bir neçə ay maliyyələşməni açmır, işlər durma nöqtəsinə gəlir? Bu qənaət deyil axı - bu yanlış planlaşdırmadır, 2) Nazirlik açıqlaya bilərmi - bu vəsait xərclənərkən nə qədər yeni iş yeri yaranıb? Neçə kiçik-orta sahibkarlıq obyekti bu layihələrə cəlb edilib? Xərclərin multiplikativ effekti hesablanıbmı? 3) Vəsaitin hansı hissəsi yerli mal-material alınmasına sərf edilib? Bu sualları niyə yazdım - istənilən ölkədə belə böyük təmir-bərpa işləri aparılanda, iş düzgün təşkil olunursa, böyük iqtisadi effekt, canlanma yaradlr. Xərclər multiplikativ effekt yaradaraq yeni iş yerləri, dəyər yaradlr. Bizdə isə ÜDM artımı 0% ərtafındadır. Deməli həmin effekti yarada bilmirik... Natig Jafarli