92 yaşlı "Mətanət Bacı" ...
Bu gün, 16:04

Tamara Kokova (Tamara Akaşevna Kokova) sovet dövrünün tanınmış teatr və kino aktrisalarından biridir. O, xüsusilə Qafqaz mövzusunda çəkilmiş filmlərdəki rolları və Azərbaycan kinosundakı obrazları ilə yadda qalıb.
15 mart 1934-cü ildə SSRİ-nin Nalçik şəhərində (indiki Kabarda-Balkariya Respublikası, Rusiya) anadan olub.
1958-ci ildə Anatoli Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunu (GİTİS) bitirib.
Daha sonra "Gürcüstan-film" kinostudiyasında və Moskva Kinoaktyor Teatr-Studiyasında fəaliyyət göstərib. 1971-ci ildə RSFSR-in Əməkdar artisti fəxri adına layiq görülüb.
Tamara Kokova Azərbaycan tamaşaçılarının yaddaşında ilk növbədə "Bir qalanın sirri" (1959) filmində yaratdığı Mətanət obrazı ilə qalıb. Bu rol ona böyük şöhrət qazandırmış və uzun illər sevilən ekran qəhrəmanlarından birinə çevrilmişdir.
1975-ci ildə ağır avtomobil qəzası keçirdikdən sonra bir neçə əməliyyat olunsa da, kino fəaliyyətini əvvəlki səviyyədə davam etdirə bilməyib və tədricən ekranlardan uzaqlaşıb.
Tamara Kokova hal-hazırda 92 yaşındadır, uzun illərdir həyat yoldaşı, vəkil Mark Voznesenski ilə Moskvada yaşayır.
Vasif Ayan



