Bakı çimərliklərində təhlükə iddiası: azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO

Bu gün, 16:28           
Bakı çimərliklərində təhlükə iddiası: azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
Bakı çimərliklərində, xüsusilə də Bilgəh çimərliyində manyak peyda olub. Təxminən 35–40 yaşlarında olduğu bildirilən bu şəxsin fotosu da yayılıb.

TEREF Musavat.com-a istinadla xəbər verir ki, həmin şəxs çimərliklərdə azyaşlı qızlara və qadınlara qarşı qeyri-etik davranışlar nümayiş etdirir. Müxtəlif bəhanələrlə (məsələn, saatı soruşmaq və s.) azyaşlı qızlara yaxınlaşdığı, daha sonra isə valideynlərlə münaqişəyə girdiyi, kobud davranışlar sərgilədiyi və ərazidə narahatlıq yaratdığı bildirilir.

İstirahət edən vətəndaşlar və valideynlər övladlarının, eləcə də özlərinin təhlükəsizliyindən ciddi narahat olduqlarını bildirirlər. Bu səbəbdən məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə (DİN) rəsmi müraciət edildiyi qeyd olunur.

Valideynlər həmin şəxsin qısa müddətdə müəyyən edilərək saxlanılmasını, əməllərinə hüquqi qiymət verilməsini və barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati və ya cinayət məsuliyyətinin tətbiq olunmasını tələb edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru