Xəzər dənizi "azad edilir" - hasarlar sökülür

6-12-2015, 23:05           

Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən sonra şəhər ərazisində yolların genişləndirilməsi prosesinə başlanılıb.

Yeni başçı ilk olaraq Sumqayıtın girişini - Sülh küçəsini abadlaşdırmağa qərar verib. Hazırda həmin yolda 4 zolaqlı şosenin çəkilişi davam edir.

Bizimyol.info musavat.com-a istinadən xəbər verir ki, ötən həftədən isə Novxanı-Sumqayıt yolunu zəbt edən hasarların sökülməsinə start verilib. Xüsusi ilə Corat qəsəbəsi ərazisində dənizin kənarında yerləşən restoranların sahiblərinin yolboyu çəkdirdikləri hasarlar sökülür. Hansı ki, həmin hasarlar yolu zəbt etmişdi və bu səbəbdən Novxanı-Sumqayıt yolunda iki maşın yanaşı gedə bilmirdi. Bu üzdən tez-tez həmin yolda ağır qəzalar baş verirdi.



Ərazidə müşahidə aparan əməkdaşımız yolu zəbt edən hasarların söküldüyünün şahidi olub. Restoran sahiblərinə hasarı azı 3 metr geri çəkmək göstərişi verilib. Hasarlar geri çəkildikdən sonra həmin yolun genişləndirilməsinə başlanılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru