DİN- də 1-ci müavin ştatı yaradıldı - Prezident sərəncamı

11-03-2016, 23:22           

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də bir sıra dəyişikliklər edilir:
- 5.2-ci bənddə “Daxili işlər nazirinin” sözlərindən sonra “birinci müavini və” sözləri əlavə olunur:
"5.2. Daxili işlər nazirinin birinci müavini və müavinləri nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər".
- 5.4-cü bənddə “həyata keçirilməsini” sözlərindən sonra “nazirin birinci müavininə, o olmadıqda” sözləri əlavə olunur:
"5.4. Azərbaycan Respublikasının daxili işlər naziri öz səlahiyyətlərinin həyata keçirilməsini nazirin birinci müavininə, o olmadıqda nazir müavinlərindən birinə tapşıra bilər".
Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nda 1-ci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilir:
“Nazirin birinci müavini”;
2.2. 2-ci hissə üzrə:
2.2.1. iyirmi doqquzuncu abzas aşağıdakı redaksiyada verilsin:
“Maddi-Texniki Təminat Baş İdarəsi”;
2.2.2. otuz ikinci abzas ləğv edilsin və otuz üçüncü abzas otuz ikinci abzas hesab edilsin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru