Buzovnada yol kəsib, bac alan kimlərdir? - ŞOK FOTO

16-07-2016, 23:27           
Buzovnada yol kəsib, bac alan kimlərdir? - ŞOK FOTO
Buzovnada yolkəsənlər peyda olub.

Qaynarinfo.az-ın verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncam və tapşırıqlarına baxmayaraq bir dəstə şəxs Buzovnada dənizə gedən ümumi yolu quldur kimi bağlayaraq, hamıdan pul yığırlar.

Bu durumdan həm obyekt sahibləri, həm də dincəlməyə gələn vətəndaşlar şikayətçidir. Narazı vətəndaşlar nə üçün pul yığıldığını soruşduqda "biz kimk ki, deyiblər yığın, biz də yığırıq" cavabını verirlər. Amma tapşırığı kimdən aldıqlarını açıqlamırlar. Ödənişin əvəzinə israrla çek tələb edən vətəndaşlardan birinə isə Abdullayev Ramal Talıb oğlunun adına (?) qeydiyyata alınmış və həqiqiliyi şübhə doğuran mədaxil orderi təqdim ediblər.

Ümid edirik ki, Xəzər rayonunun icra hakimiyyəti heç olmasa təmsil etdikləri rayonun adına hörmət qoyub, bu "dəniz reketləri"ni yığışdıracaq və barələrində gərəkli hüquqi tədbirlər görəcək. Əlbəttə, əgər bu şəxsləri bura özləri yerləşdirməyibsə...















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru