İcbari sığorta üzrə ödənişlər 120 milyonu ötüb

3-12-2025, 15:24           
İcbari sığorta üzrə ödənişlər 120 milyonu ötüb
Cari ilin yanvar-oktyabr aylarında icbari sığortalar üzrə 301 milyon 330 min manat sığorta haqqı ödənilib.

Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu, 18 milyon  405 min manat və ya 6,5% artım deməkdir.

Ötən ilin yanvar-oktyabr aylarında icbari sığortalar üzrə 282 milyon 925 min manat sığorta haqqı ödənilib.

Bu ilin yanvar-oktyabr aylarında icbari sığorta üzrə ödənişlər 120 milyon 841 min manat olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 795 min manat və ya 7,8% artım deməkdir.

Nəzərə çatdıraq ki, ötən ilin yanvar-oktyabr aylarında 112 milyon 46 min manat icbari sığorta ödənişi həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]