Portuqaliyadan Çinə qədər sahəni öyrənib aqroturizmin ilk modelini yaratdı

3-12-2025, 17:24           
Portuqaliyadan Çinə qədər sahəni öyrənib aqroturizmin ilk modelini yaratdı
İxtisasca iqtisadçı olsa da, təbiətə bağlılığı onu 18 il əvvəl aqroturizm layihəsi yaratmağa təşviq edib. 8 hektarlıq ərazidə kənd təsərrüfatı, flora və fauna landşaftını birləşdirən unikal təsərrüfat formalaşdırıb.

Valyuta.az xəbər verir ki, söhbət BioGarden aqro-ekoparkının sahibi Etibar Nuriyevdən gedir.

E.Nuriyev qeyd edir ki, BioGardendə zəfəran, innab və ölkədə nadir rast gəlinən bitki növləri nümayiş olunur. Məqsəd isə Azərbaycanın kənd təsərrüfatı potensialını həm yerli, həm də xarici turistlərə tanıtmaqdır.

E. Nuriyev aqroturizm ideyasını Azərbaycana gətirən ilk şəxslərdən olduğunu deyir. O, Portuqaliyadan Çinə qədər müxtəlif ölkələrdə bu sahəni öyrənib və yerli şəraitə uyğunlaşdırıb. BioGarden-in layihəsi və idarəetmə modeli onun tərəfindən hazırlanıb və cəmi 8 nəfərlik komanda tərəfindən idarə olunur.

Qeyd edək ki, sözügedən məkana Azərbaycan vətəndaşları üçün giriş 5 manat, xarici turistlər üçün 10 manat müəyyən edilib. Qonaqlar üç saat ərzində ərazidə sərbəst gəzə, meyvələri dada və orqanik məhsullar toplaya bilirlər













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]