SOCAR "sağlamlaşdırma siyasətini"reallaşdırılması üçün Neft Emalı zavodunda "imtahan"lara( 50+ yaşlı işdənçıxma ərizəsi yazmayan qadınlar) start verilir.
4-12-2025, 00:02
SOCAR "sağlamlaşdırma siyasətini"reallaşdırılması üçün Neft Emalı zavodunda "imtahan"lara( 50+ yaşlı işdənçıxma ərizəsi yazmayan qadınlar) start verilir. Zavoddan xanım işçilər yazdı: -Dünən neft emalı zavodunda bizə(laborantlara) imtahan sualları verib dedilər ki, imtahana hazırlaşin, . İmtahanlar 9,10,11. dekabrda Baş ofisdə olacaq. Birinci laborantlar üçün olacaq. İmtahan 28 mövzu üzrə olacaq. TEREF yazır ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib. Dedilər ki, az xal toplasanız sizinlə xudafizləşəcəklər. Sonu necə bitəcək? Baş ofisdə bilinəcək. Laboratoriyada dünəndən hamı pis günə düşüb. Hamı stres yaşayır,çox bərbad,acınacaqlı vəziyyətdəyik. Hamının krediti borcu var. Bizə kim kömək edə bilər .sizdən kömək istəyirik, biz neyniyək 50 yaşdan sonra küçəyə atmaq istəyirlər bizi. TEREF yazır ki, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı axırda aşağıdakı sözləri qeyd edib: Qeyd: Əziz xanımlar mıxı mismara döndərən Allah da var. Bilmək olmaz. TEREF