Yeni Günəşlidə binanın yaxınlığında tikinti aparılması narazılığa səbəb oldu VİDEO

8-12-2025, 12:38           
Yeni Günəşlidə binanın yaxınlığında tikinti aparılması narazılığa səbəb oldu  VİDEO
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi, "D" yaşayış sahəsi, 27-ci binanın yaxınlığında gecələr görülən sürətli qazıntı işləri insanların ciddi narahatlığına səbəb olur.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, onların evlərinin yaxınlığında tikiləcək çoxmərtəbəli binanın bünövrəsinin qazıntısı yalnız axşamlar həyata keçirilir.

Ağır texnikaların yaratdığı titrəmə isə mənzillərdə hiss olunur.

Ərazi qayalıq olduğundan texnika daha sərt və daha gur səs çıxarır. Sakinlərin sözlərinə görə, bir müddət işlər dayandırılıb, amma yenidən davam edilib.

Özünü iş icraçısı kimi təqdim edən Nazim Hüseynov görülən işlərin icazə ilə aparıldığını bildirdi.

Məslə ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən mövqe almaq mümkün olmadı.

Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, sözügedən ərazidə tikilməkdə olan yaşayış binasının sənədləri var və qaydasındadır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]