Nazir: Şəffaflaşdırma prosesinin nəticəsi olaraq 8 minə yaxın müəllimi işdən çıxarmışıq

8-12-2025, 16:08           
Nazir: Şəffaflaşdırma prosesinin nəticəsi olaraq 8 minə yaxın müəllimi işdən çıxarmışıq
Son illər ərzində şəffaflaşdırma prosesinin nəticəsi olaraq, biz təxminən 8 minə yaxın müəllimin öz peşəsinə uyğun olmadığını müəyyən etmiş və onlarla bağlanmış müqavilələrə xitam vermişik.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu müəllimlərin təxminən 4 500-5000 nəfəri ibtidai sinif müəllimləri, təxminən 1000 nəfəri isə Azərbaycan dili müəllimləri idi.

“Müəllimin səriştəli olması minimal və zəruri şərtdir. Xüsusilə ibtidai təhsildə bu məsələ daha da önəmlidir. Fənnin adı “ibtidai təhsil”, müəllimin vəzifəsi “ibtidai təhsil üzrə müəllim” adlansa da, faktiki olaraq Azərbaycan dili fənninin tədrisinə də məhz həmin müəllim cavabdehdir. Bu mərhələdə qoyulan təməldən çox şey asılıdır. Əgər həmin təməl düzgün qurulmasa, növbəti mərhələlərdə şagirdlərin müvafiq bacarıqlarının inkişafında ciddi çətinliklər yaranır. Dilin tədrisi məsələsi bizim üçün ən ağır və ən vacib istiqamətlərdən biridir. Mən ümumi dil məsələsini yox, məhz dilin tədrisi ilə bağlı problemi nəzərdə tuturam”, – deyə o vurğulayıb.

Azərbaycan24












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]