Bu binada hər an yanğın baş verə bilər - Niyə tədbir görülmür? VİDEO

9-12-2025, 17:14           
Bu binada hər an yanğın baş verə bilər -
Bu binada hər an yanğın baş verə bilər.

Xezerxeber.az xəbər verir ki, yağan yağış suları tavandan axaraq elektrik şitlərinin, sayğacların üzərinə tökülür.

Bu təhlükəli vəziyyət Paytaxtın Nərimanov rayonu Faiq Yusifov küçəsi, 201 ünvanında yerləşən binada yaşanır.

Bina sakinlərinin sözlərinə görə, 3 gündən çoxdur ki, bir neçə yerdən su damır, divarlar, tavan sıradan çıxır. Amma, gəlib baxan yoxdur.

İddiaya görə, ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsi sakinlərə sözügedən məslələrə onların nəzarət etmədiyi deyilib.

Sakinlərə deyildiyindən fərqli olaraq 116 Saylı Mənzil Kommunal İstismar Sahəsindən isə “Xəzər Xəbər”ə bildirildi ki, əraziyə baxış keçiriləcək, problem aradan qaldırılacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]