Zəvvar olmaq istəyənlərin nəzərinə – Yeni qadağa qüvvəyə minir

9-12-2025, 12:38           
Zəvvar olmaq istəyənlərin nəzərinə – Yeni qadağa qüvvəyə minir
Səudiyyə Ərəbistanı 2026 Həcc mövsümü öncəsi mühüm qərar qəbul edib. Məlumata görə, Kəbənin yerləşdiyi Məscidül-Həramda və Mədinədəki Məscidün-Nəbəvinin bütün ərazilərində foto və video çəkilişi rəsmi olaraq qadağan olunur. Qərarın məqsədi ziyarətçilərin məhrəmiyyətini qorumaq və ibadət zamanı mənəvi sükunəti təmin etməkdir.

Səudiyyə rəhbərliyinin sözlərinə görə, qadağa müqəddəs məkanların hörmətini qorumaq və ibadət edənlərin diqqətinin dağılmasının qarşısını almaq üçün tətbiq edilir. Yeni qaydalara əsasən Məscidül-Həramın və Məscidün-Nəbəvinin istisnasız bütün hissələrində foto və video çəkmək qadağandır.

Qaydanı pozan ziyarətçilər barəsində inzibati tədbir görüləcək.

İcazəsiz çəkiliş üçün istifadə olunan cihazlar müsadirə olunacaq.

Qayda pozuntusu ilə bağlı hüquqi prosedur da işə düşəcək.

Bu qərar 2026-cı il Həcc mövsümü başlamadan tətbiq olunmağa başlayacaq və bütün ziyarətçilərin buna riayət etməsi tələb olunur.

Səudiyyə Ərəbistanı açıqlamasında vurğulayıb ki, bu addım həm ibadətin ruhani atmosferini qorumağa, həm də ziyarətçilərin fərdi məxfiliyini təmin etməyə xidmət edir./milli.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]