Növbə üsulu ilə işləyən işçilərdə iş vaxtının rejimi hansı qaydada tənzim olunur?
10-12-2025, 00:00

Növbə üsulu ilə işləyən işçilərdə iş vaxtının rejimi aşağıdakı qaydada tənzim olunur və hər bir işəgötürənin bu qaydalara əməl etmək vəzifə borcludur.
Növbə üsulu ilə işləyən işçilərdə iş vaxtının rejimi qaydaları barədə razılaşdırılmış şərt və qaydalar işçi ilə bağlanan Əmək müqaviləsində dəqiq,konkret göstərilməlidir.
Əmək Məcəlləsinə əsasən, qeydiyyat (uçot) dövründə, növbəli iş vaxtının müddəti Əmək Məcəlləsi ilə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə müəssisədə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz
İş vaxtının cəmlənmiş uçotunun tətbiqi ilə əl bu qaydalar, yəni, növbə üsulu ilə işləyən müəssisələrdə bu Qaydalar 3 əsas sənədlə müəyyən edilir:
1. Kollektiv müqavilə ilə.
2. Əmək müqavilələri ilə.
3. Müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya normativ xarakterli sənədlərlə. Həmkarlar ittifaqları təşkilatları və ya əmək kollektivi ilə razılaşdırmaqla.
İş növbəsi (günü) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir.
Növbə ərzində işçilərə: fasilələrin verilməsi vaxtı, davamiyyəti müəssisə daxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
Növbə ərzində işçilərə iş və əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır.
İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır.
Növbəli iş vaxtı rejimində işçilərin - istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir.
✅Növbə ərzində: işçilərə verilən istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir və ödənilmir. Ödəniş yalnız bir halda işəgötürənin könüllü razılığı əsasında həyata keçirilə bilər.
İstirahət və nahar fasilələrindən işçi öz istək və mülahizəsi əsasında istifadə edə bilər.
Azər Quliyev.

