Yasamal İcra Hakimiyyəti mühərrik yağı satan şirkətdən geyim alır- ARAŞDIRMA

10-12-2025, 16:02           
Yasamal İcra Hakimiyyəti mühərrik yağı satan şirkətdən geyim alır- ARAŞDIRMA
Yasamal İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyi yeni tenderinin nəticəsini elan edib.

Tribuna.az xəbər verir ki, Birlik xidməti istifadəsi üçün nəzərdə tutulan malların satınalınmasını həyata keçirəcək.

Məlumatda qeyd edilir ki, tenderin qalibi “23 STEPS” MMC olub. Tərəflər arasında 168 min manatlıq müqavilə bağlanıb.

Qeyd edək ki, Yasamal İcra Hakimiyyəti bu məbləğə 800 ədəd politelen plaş, 600 ədəd qolsuz jilet, 400 cüt rezin çəkmə, 400 cüt adi çəkmə, 400 ədəd qaloş, 600 ədəd şalvar və daha bir neçə başqa mal və məhsul alacaq.

Tribuna.az açıq mənbələr üzərindən bəzi araşddırma aparıb. Məlum olub ki, MKTB Yasamalın icra başçısı Elşad Eldar oğlu Həsənovun tabeliyində fəaliyyət göstərir. Mənzil-Kommunal Təsərrüfatı Birliyinə isə Hüseynov Vüsal Fazil oğlu rəhbərlik edir.

Lakin işin maraqlı tərəfi odur ki, “23 STEPS” MMC Azərbaycanda “Cepsa” brendi məhsullarının rəsmi nümayəndəsidir. Bu şirkət avtomobil mühərriki yağlarının satışı üzrə ixtisalaşıb. Şirkətin qanuni təmsilçisi barədə isə hər hansı məlumat yoxdur.

Qarşı tərəfləri də dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]