Salyan bazarında antisanitar vəziyyət – Video

18-12-2025, 09:14           
Salyan bazarında antisanitar vəziyyət – Video
Salyan rayonunda fəaliyyət göstərən ərzaq bazarında monitorinq aparılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, AQTA-nın nəzarət tədbiri zamanı bazarda ciddi nöqsanlar aşkarlanıb:

“Belə ki, bazarda turşu, mürəbbə, süd məhsulları və çiy toyuq ətinin antisanitar şəraitdə müvafiq sənədləri olmadan satışa çıxarıldığı məlum olub. Balıq məhsullarının, eləcə də ətin soyuducudan kənarda açıq şəkildə satıldığı müəyyən edilib.

Nəzarət tədbiri zamanı bazarın sanitar-gigiyenik və sanitar-texniki tələblərə cavab vermədiyi, qida məhsullarının saxlanılması, temperatur rejiminin gözlənilməsi üçün müvafiq avadanlıqlarla təmin olunmadığı aşkarlanıb.

Qeyd edək ki, ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təminatıdır. Bu tələblərin icrası, eləcə də aşkarlanan nöqsanların aradan qaldırılması, bazarların sağlamlaşdırılması üzrə əsas məsuliyyət isə onların rəhbərlərinin üzərinə düşür”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]