Sumqayıtda 16 saylı məktəbdə kameralara görə pul yığılır?

18-12-2025, 10:18           
Sumqayıtda 16 saylı məktəbdə kameralara görə pul yığılır?
Sumqayıtda fəaliyyət göstərən 16 nömrəli məktəbdən şikayət var.

XALQ xəbər verir ki, Sumqayit24.az-a müraciət edən valideyn məktəbdə kameralar üçün hər sinifdən ümumilikdə 100 manat məbləğində pul yığılır.

“Valideynlərdən 10, 20 və ya 30 manat məbləğində ödəniş tələb olunur. Özləri həll etməli olduqları məsələləri niyə bizə yükləyirlər? Bu cür vəziyyətlərdən bezmişik. Bilmirik ki, pulumuzu hara verək. Fond, təmir, indi də kamera məsələsi”, – deyə şikayətçilərdən biri narahatlığını ifadə edib.

Vətəndaşlar aidiyyəti qurumlardan məsələnin araşdırılmasını tələb edirlər.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın bu məsələdən xəbəri var?

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]