Çin brendləri "Samsung"u bazardan sıxışdırıb çıxardır

8-05-2026, 16:44           
Çin brendləri "Samsung"u bazardan sıxışdırıb çıxardır
Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics” Çində televizor, soyuducu və paltaryuyan maşın satışını dayandırdığını açıqlayıb. Bu qərar dünyanın ən böyük istehlak bazarlarından biri olan Çin bazarında artan rəqabətlə əlaqələndirilir.

Valyuta.az xəbər verir ki, məlumatı “The Wall Street Journal” yayıb.

Şirkətin açıqlamasına görə, bu addım yerli bazarda güclənən rəqabət və sürətlə dəyişən biznes mühitinin nəticəsidir. Eyni zamanda vurğulanıb ki, bu qərar Suçjou şəhərindəki məişət texnikası zavodunun fəaliyyətinə təsir etməyəcək. “Samsung” Çində smartfon və çip satışını isə davam etdirəcək.

Şirkət bildirib ki, müştərilər və tərəfdaşlar üçün mümkün təsirləri minimuma endirmək məqsədilə müxtəlif dəstək tədbirləri nəzərdən keçirilir.

Araşdırma şirkəti "AVC Revo"nun məlumatına görə, Çində oflayn televizor bazarında “Samsung”un payı cəmi 3,62%, soyuducularda 0,41%, paltaryuyan maşınlarda isə 0,38% təşkil edib. Eyni zamanda televizor bazarının 90%-dən çoxu, məişət texnikası bazarının isə təxminən 60%-i yerli Çin brendlərinin nəzarətindədir.

“Samsung”un bu bölməsi ötən il 138,4 milyon dollar əməliyyat zərəri ilə üzləşib. Bunun əksinə olaraq, şirkətin çip istehsalı bölməsi süni intellektə olan artan tələbat fonunda rekord mənfəət əldə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru