Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir?

8-05-2026, 15:27           
Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir?
Müəyyən hallarda yerə zibil atdıqda və ya digər qaydaları pozduğunuza görə cərimə oluna bilərsiniz. Bəzən isə cərimənin ödənişi qanunsuz olaraq yerində tələb oluna bilir.

“Qanun nə deyir?” adlı rubrikanın bugünkü mövzusu cərimənin ödənişinin yerində tələb olunması ilə bağlıdır.

İnzibati Xətalar Məcəlləsinin 150.4-cü maddəsində deyilir ki, inzibati cərimə ödəniş kartı və digər ödəmə alətləri vasitəsilə ödənilməlidir. İnzibati cərimənin ödənilməsi ilə əlaqədar məlumatlar real vaxt rejimində elektron qaydada səlahiyyətli orqanların informasiya sistemlərinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə və “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsisteminə göndərilir.

Həmçinin onu da əlavə edək ki, inzibati cərimə növündə inzibati tənbehvermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq olunur./oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru